Polşada Azərbaycanın milli bayramı qeyd edilmişdir

 

Azərbaycanın Polşadakı səfirliyi Varşavanın "Hyatt Regency" mehmanxanasında 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə Polşa Prezidenti Administrasiyasının, hökumətinin üzvləri, Varşavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, habelə Azərbaycan diasporunun üzvləri tələbələr, mətbuat nümayəndələri iştirak etmişlər.

Səfir Həsən Həsənov 28 may - Respublika Gününün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın qədim dövlətçilik tarixindəki yeri rolu barədə məlumat vermişdir. O demişdir ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan yenidən ciddi problemlərlə üzləşmişdir. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin fədakarlığı, zəngin dövlətçilik təcrübəsi gərgin əməyi nəticəsində bu müstəqillik daha da möhkəmlənmiş inkişaf etmişdir.

Diplomat Prezident İlham Əliyevin müstəqilliyimizin daha da möhkəmləndirilməsi çiçəklənməsi istiqamətində gördüyü işlər, həyata keçirdiyi islahatlar, XIX-XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş polyak memarları, hərbçiləri, siyasi xadimləri barədə ətraflı məlumat vermişdir.

H.Həsənov "Eurovision-2011" müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov Nigar Camal duetinə verdikləri dəstəyə görə polyak musiqisevərlərinə tədbirdə iştirak edən digər ölkələrin nümayəndələrinə təşəkkürünü bildirmişdir.

Tədbir çərçivəsində "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan musiqiçilərinin ifa etdikləri mahnının videoyazısı nümayiş etdirilmişdir.

Mərasimdə məşhur caz ustası V.Mustafazadənin ifa etdiyi musiqinin sədaları altında respublikamızın tarixi yerlərini, turizm zonalarını, füsunkar təbiətini adət-ənənələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 1 iyun.- S. 4.