Azərbaycan Prezidenti İlham Əliyev Technip-İtaly (Teknip İtaliya) şirkətinin
baş icraçı
direktoru Marko Villanı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda neft-qaz və neft-kimya sənayesi üçün mühəndis və texnoloji avadanlıq istehsal edən Technip-İtaly (Teknip İtaliya) şirkətinin baş icraçı direktoru Marko Villanı qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Technip-İtaly şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 2 iyun.- S. 1.