Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Ölkənizin Milli
bayramı - Respublika Günü münasibətilə Sizə
və Azərbaycan xalqına ən səmimi təbriklərimi
çatdırıram.
Bir neçə gün əvvəl
Bakıda keçirdiyimiz səmimi görüşü,
açıq və səmərəli müzakirəni
xatırlayaraq Sizi bir daha əmin etmək istərdim ki,
Çexiya Respublikası ölkələrimiz arasında ikitərəfli
əlaqələrin genişləndirilməsində
maraqlıdır.
Çexiya
Respublikası Azərbaycanı olduqca vacib tərəfdaş
hesab edir, ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin
gələcək inkişafı ilə yanaşı,
qarşılıqlı əlverişli münasibətlərin
və siyasi dialoqun uğurla davam etdirilməsini istəyir. Mən
əminəm ki, ölkələrimiz və xalqlarımız
arasında səmərəli əməkdaşlıq
üçün gələcəkdə daha çox imkanlar
olacaqdır.
Ən yüksək
hörmət və ehtiramımı qəbul etməyinizi
xahiş edirəm.
Vatslav KLAUS,
Çexiya Respublikasının Prezidenti
Azərbaycan.- 2011.- 2 iyun.- S. 1.