Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Sizi və bütün
qardaş Azərbaycan xalqını ən mühüm hadisə,
Azərbaycanın Milli bayramı - Respublika Günü
münasibətilə ürəkdən təbrik edirəm.
Fərəhlə qeyd
edirəm ki, Gürcüstan ilə Azərbaycan arasında
tarixən formalaşmış müstəsna ikitərəfli
münasibətlər və konstruktiv əməkdaşlıq
qarşılıqlı anlaşmaya, ümumi dəyərlərə
və müştərək amallara əsaslanır.
Əminəm ki,
Gürcüstan ilə Azərbaycan Respublikası arasında
strateji tərəfdaşlıq ölkələrimizin və
xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli
inkişaf edəcəkdir.
Fürsətdən
istifadə edib Sizə dərin ehtiramımı bildirir və
ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş
Azərbaycan xalqına isə xoşbəxtlik və
firavanlıq diləyirəm.
Səmimiyyətlə,
Sizin
Mixeil SAAKAŞVİLİ,
Gürcüstanın Prezidenti
Azərbaycan.- 2011.-2 iyun.- S. 1.