Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
İcazə verin,
Sloveniya xalqı adından və öz adımdan Azərbaycan
Respublikasının Milli bayramı - Respublika Günü
münasibətilə Sizi ürəkdən təbrik edim,
ölkənizə hərtərəfli inkişaf və rifah
arzu edim.
Bu münasibətlə
2011-ci il iyun ayının 9-10-da Sloveniya Respublikasına rəsmi
səfərinizi səbirsizliklə gözlədiyimi də qeyd
etmək istərdim. İcazə verin, Sloveniyada
olacağınız dövrdə aparacağımız
danışıqların ölkələrimiz arasında
dostluq və əməkdaşlıq əlaqələrinin
genişləndirilməsinə imkan yaradacağına əmin
olduğumu bildirim. Sloveniya Respublikası və Azərbaycan
Respublikası arasında möhkəmlənən əlaqələr
bütün sahələrdə qarşılıqlı
münasibətlərin inkişaf etdirilməsinə və
genişləndirilməsinə, beləliklə də,
dünyada sülhün, sabitliyin və anlaşmanın
möhkəmləndirilməsinə şərait
yaradacaqdır.
Zati-aliləri, ən
yüksək hörmət və ehtiramımı qəbul etməyinizi
xahiş edirəm.
Danilo TÜRK,
Sloveniya Respublikasının Prezidenti
Azərbaycan.- 2011.-2 iyun.- S. 1.