Azərbaycan ilə BMT arasında əməkdaşlıq yüksək səviyyədədir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT-nin baş qərargahında təşkilatın baş katibi Pan Gi Mun ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə P.G.Mun BMT ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıran E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi barədə baş katibə ətraflı məlumat vermişdir.

P.G.Mun münaqişənin sülh yolu ilə tezliklə həllinin vacibliyini vurğulamışdır.

E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri baş katibin diqqətinə çatdırmışdır.

 

 

Azərbaycan.- 2011.- 2 iyun.- S. 3.