Azərbaycanın xarici işlər
naziri Ərəb Dövlətləri Liqasının BMT
yanında daimi nümayəndələri ilə
görüşmüşdür
ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də Nyu-Yorkda Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü vurğulamışdır. E.Məmmədyarov Ərəb Dövlətləri Liqasının ölkələrini Azərbaycanın namizədliyini dəstəkləməyə çağırmışdır.
Azərbaycanda aparılan uğurlu və müstəqil siyasət barədə danışan E.Məmmədyarov ölkəmizin iqtisadiyyat, xüsusilə enerji sahəsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırmışdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Yaxın Şərq və Afrikada cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-2 iyun.- S. 3.