Belə mötəbər tədbir
Azərbaycanda gedən inkişaf proseslərini dünyaya
nümayiş etdirmək imkanı yaratmışdır
Bakıda YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının keçirilməsi bütün dünya ölkələri üçün maraqlıdır.
Bu sözləri Bakıda keçirilən YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının iştirakçısı, Varşava Universitetinin professoru Eva Bartnik AzərTAc-a müsahibəsində demişdir.
Onun sözlərinə görə, sessiyanın Bakıda keçirilməsi tədbir iştirakçılarında xoş təəssürat oyatmışdır. Tədbirdə insan mənafeyinə və şəxsi toxunulmazlığa hörmət, ənənəvi tibbi etik təsirlər kimi ciddi məsələlərə toxunulmuşdur.
E.Bartnik qeyd etmişdir ki, belə mötəbər bir tədbir Azərbaycanda gedən inkişaf proseslərini dünyaya nümayiş etdirmək imkanı yaratmışdır.
Bakı
haqqında xoş təəssüratlarından danışan
E.Bartnik əlavə etmişdir ki, Azərbaycanın
sosial-iqtisadi inkişafı və digər uğurları
göz qabağındadır. Bakı şəhəri dinamik
inkişafdadır. Burada tikilən yeni binalar ətrafdakı
arxitekturaya çox
uyğunlaşdırılmışdır. Yeni binanı
köhnə binadan ayırmaq çətindir. Bütün
bunlar dünya maliyyə və iqtisadi böhranına baxmayaraq,
Azərbaycanın böyük uğurlarından xəbər
verir.
Azərbaycan.- 2011.-2 iyun.- S.5.