Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində fəaliyyət
göstərən təşkilata üzv seçilmişdir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində fəaliyyət göstərən Uşaq və Gənclər Teatrları Beynəlxalq Təşkilatının (ASSİTEJİ) İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan teatrı qurumun Fransada keçirilmiş qurultayında böyük səs çoxluğu ilə üzvlüyə qəbul edilmişdir. Eyni zamanda, Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunmuşdur. Teatrın direktoru Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Milli Komitəsinin əsas vəzifələri ASSİTEJ-ə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq teatr festivallarının və treninqlərin, konfransların, habelə ustad dərslərinin keçirilməsini təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaqdır.
Azərbaycan.- 2011.- 2 iyun.- S. 7.