Azərbaycan-İsveç
Federasiyasının XII qurultayı keçirilmişdir
İsveç Krallığının Stokholm şəhərində Azərbaycan-İsveç Federasiyasının XII qurultayı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, krallığın Umea, Uppsala, Stokholm, Lund və digər şəhərlərindən 60-dan çox azərbaycanlının qatıldığı tədbirdə ötən müddət ərzində görülən işlərə dair hesabat təqdim olunmuşdur.
Azərbaycan-İsveç Federasiyasının sədri Səttar Sevigin ötən müddətdə idarə heyətinin fəaliyyəti barədə məlumat vermişdir. Tədbirdə, həmçinin maliyyə və nəzarət təftiş komitəsinin hesabatı təqdim edilmişdir.
Qurultayın nümayəndələri, qonaqlar hesabatlarla bağlı irad və təkliflərini bildirmişlər. Sonra qurultayın rəhbər orqanları üçün səsvermə keçirilmişdir.
Azərbaycan-İsveç
Federasiyasının rəhbəri Səttar Sevigin yeganə
namizəd olduğu üçün birbaşa təşkilatın
rəhbəri seçilmişdir. Daha sonra təşkilatın
idarə heyəti və nəzarət təftiş komitəsinin
üzvləri seçilmişlər.
AzərTAc
Azərbaycan.- 2011.-2 iyun.- S. 7.