Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Cənab Prezident,
Azərbaycan
Respublikasının Milli bayramı – Respublika Günü
münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə
və xalqına çatdırdığım səmimi təbriklərə
Kamboca Hökuməti və xalqı da qoşulur. Həmçinin
Sizə cansağlığı, Azərbaycan xalqına rifah
diləyir, ən xoş arzularımızı bildiririk.
Ölkələrimiz
arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin
gələcəkdə də möhkəmlənəcəyinə
inanıram.
Cənab Prezident, ən
yüksək hörmət və ehtiramımı qəbul etməyinizi
xahiş edirəm.
Norodom SİAMONİ,
Kambocanın Kralı
Azərbaycan.- 2011.- 3 iyun.- S. 1.