YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları Azərbaycan muğamlarını dinləmişlər

 

İyunun 2-də Azərbaycan Dövlət Filarmoniyasının kamera orqan musiqi zalında YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları üçün muğam axşamı keçirilmişdir.

AzərTAc xəbər verir ki, gecədə Rövşən Qurbanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı Azərbaycan muğamları xalq mahnılarından ibarət konsert proqramını təqdim etmişdir.

Qonaqlar gənc muğam ifaçıları Elnur Zeynalov Gülay Qədirovanın çıxışlarını alqışlarla qarşılamışlar.

 

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 3.