Azərbaycanlı dirijorun beynəlxalq uğurları
Sankt-Peterburq Dövlət Filarmoniyasının Böyük zalında keçirilən iki nüfuzlu beynəlxalq musiqi festivalının qala-konsertində A.Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsinin qalibi, gənc azərbaycanlı maestro Əyyub Quliyev də iştirak edib.
Builki festival dünyanın 12 ölkəsinin 27 gənc musiqiçisinin iştirakı ilə (7 ən unikal konsert) şəhərin əsas səhnəsində - Mariinski Teatrının konsert salonunda, Sankt-Peterburq Dövlət Filarmoniyasının Böyük zalında, Ermitaj teatrında və Dövlət Kapellasında keçirilib.
Xatırladaq ki, eyni zamanda, Musiqi Olimpi" Fondu festivalın ən uğurlu iştirakçıları üçün dünyanın tanınmış konsert salonları olan Karnegiholl və Berlin Filarmoniyasında təqdimatlar da keçirir. Həmin konsertdən öncə Sankt-Peterburqun "Avropa" hotelində "Musiqi Olimpi" festivalının təşkilatçıları və iştirakçılarının keçirdiyi mətbuat konfransında Fondun prezidenti İrina Nikitina, Sankt-Peterburq Kinematoqrafiya İttifaqı idarə heyətinin sədri, rejissor, prodüser Dmitri Mesxiev və həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev iştirak edib.
Mətbuat konfransından sonra festival iştirakçıları N.A.Rimski-Korsakov
adına Sankt-Peterburq Dövlət Konservatoriyasının
tələbələri ilə
görüşə dəvət
olunublar. Bu, həmin akademik musiqi təhsili müəssisəsidir ki, Əyyub Quliyev 2007-ci ildə onun məzunu olub.
Azərbaycan.- 2011.- 3 iyun.- S. 7.