Lənkəran Dövlət Universitetində mədəniyyət incəsənət bayramı

 

Lənkəran Dövlət Universitetində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə hazırlıqla bağlı tədbirlər planına uyğun olaraq mədəniyyət incəsənət bayramı keçirilmişdir. Tədbir Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunmuşdur.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbiri açaraq bildirmişdi ki, bu gün bizim əsas məqsədimiz tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti artırmaq, mədəniyyət incəsənətimizə, milli adət-ənənələrimizə hörmət aşılamaq, istedadlı gənclərin üzə çıxarılmasını tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir.

Qeyd olundu ki, bayrama hazırlıq mərhələsində ayrı-ayrı fakültələrdə ifaların baxışı keçirilmiş, yüksək bal toplayanlar müsabiqəyə buraxılmışlar. Qalib adı uğrunda mübarizədə 500-dən çox tələbə, o cümlədən rayon təhsil uşaq müəssisələrinin kollektivləri iştirak etmişlər.

Xalq çalğı alətləri, milli rəqs, tək ifaçılar (bədii qıraətçilər, müsiqi alətlərində fərdi ifaçılar, rəsm, əl işləri, bədii yaradıcılığın digər janrları üzrə fərqlənənlər münsiflər heyəti tərəfindən müəyyənləşdirildi.

Bədii qıraət, mahnı rəqs yaradıcılığı müsabiqəsində daha çox bal toplamış iqtisadiyyat idarəetmə fakültəsi birinci, humanitar pedaqoji elmlər fakültəsi ikinci, təbiyyat fakültəsi üçüncü yeri tutmuşdu.

"İqtisadiyyat idarəetmə" fakültəsinin birinci kurs tələbələrinin çıxışı yüksək qiymətləndirilmiş ixtisas qrupları arasında müsabiqənin qalibi olmuşlar.

Universitetin alman dili ixtisası üzrə dördüncü kurs tələbəsi Gülxar Həsənova, riyaziyyat-informatika ixtisası üzrə ikinci kurs tələbələri Zeynəb Məmmədli Sevinc Şirzadova, riyaziyyat ixtisası üzrə Ülviyyə Səttarzadə fərdi yaradıcılıq müsabiqələrinin qalibi olmuşlar.

Lənkəran şəhər 5, 12 17 saylı uşaq bağçalarının, Lənkəran özəl türk liseyi şagirdlərinin çıxışı da böyük maraq doğurmuşdu.

Qaliblərə müxtəlif dərəcəli diplomlar qiymətli hədiyyələr təqdim edilmişdi.

Universitetin dosenti, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev qalibləri təbrik edərək, onlara uğurlar arzulamışlar.

 

 

Etibar ƏHƏDOV,

Lənkəran Dövlət Universiteti

mətbuat informasiya

xidmətinin rəhbəri

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 7.