Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatmışdır

 

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyi Respublika Günü münasibətilə paytaxt Romada keçirilmiş təntənəli bayram mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri iyunun 3-də başa çatmışdır.

 

* * *

 

Həmin gün Prezident İlham Əliyev Bakıya qayıtmışdır.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-4 iyun.- S. 1.