X.Ə.Qasımovanın
"Şərəf" ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə
Xuraman Əkrəm qızı Qasımova
"Şərəf" ordeni
ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 may 2011-ci il
Azərbaycan.- 2011.- 4 iyun.- S. 1.