Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə
icazə verin, Çin Xalq Respublikasının hökuməti
və xalqı adından, şəxsən
öz adımdan Zati-alinizə və Sizin şəxsinizdə
dost Azərbaycan xalqına
səmimi təbriklərimi
və ən xoş arzularımı çatdırım.
Son illərdə Zati-alinizin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik qorunub saxlanılır, iqtisadiyyat
sürətlə inkişaf
edir, xalqın həyat səviyyəsi xeyli yüksəlir, dövlətin qüdrəti
artır. Dostluğa əsaslanan əməkdaşlığın
tərəfdaşları kimi,
biz buna sevinir və Azərbaycana ölkənin quruculuğu
işində səmimi
qəlbdən böyük
uğurlar arzulayırıq.
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılandan
sonrakı 19 ildə bu münasibətlər sağlam və sabit inkişaf etmişdir. Qarşılıqlı siyasi etimad dərinləşir, ticari-iqtisadi
əməkdaşlıq sürətlə
inkişaf edir, mədəni əlaqələr
və mübadilələr
mütəmadi genişlənir.
Biz yaxşı əlaqə saxlayır və beynəlxalq məsələlərdə bir-birimizi
dəstəkləyirik. Uzunmüddətli və sabit Çin-Azərbaycan dostluq
münasibətlərinin inkişafı
ölkələrimizin və
xalqlarımızın əsas
mənafelərinə uyğundur.
Çin
tərəfi Azərbaycan
tərəfi ilə birlikdə qarşılıqlı
siyasi etimadımızı
mütəmadi möhkəmlətməyə,
işgüzar əməkdaşlığı
genişləndirməyə, humanitar əlaqələri
fəallaşdırmağa, dostluq və tərəfdaşlıq münasibətlərimizi
yeni səviyyəyə
çatdırmağa hazırdır.
Sizin ölkənizə
firavanlıq və qüdrət, xalqınıza
əmin-amanlıq və
xoşbəxtlik diləyirəm!
Zati-alinizə möhkəm
cansağlığı diləyir,
ən xoş arzularımı bildirirəm!
Dərin hörmətlə,
Hu TSZİNTAO,
Çin Xalq Respublikasının
sədri
Azərbaycan.- 2011.- 4 iyun.- S. 1.