Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli cənab
Prezident!
Azərbaycan Respublikasının milli bayramı Sizə ən səmimi təbriklərimi, Azərbaycan
xalqına sülh və tərəqqi arzularımı çatdırmaq
üçün mənə
gözəl fürsət
verir.
Bu yaxınlarda Bakıya rəsmi səfərim ölkələrimiz arasında
strateji tərəfdaşlıq
mərhələsinə çatmış
ikitərəfli münasibətlərin
yüksək səviyyədə
olduğunu bir daha açıq şəkildə təsdiq
etdi. Bu mənada səfər çərçivəsində
strateji tərəfdaşlığın
yerinə yetirilməsi
üçün imzalanmış
Birgə Fəaliyyət
Planı razılaşdırılmış
əməkdaşlıq istiqamətlərinin
həyata keçirilməsinə
yönəlmiş real yol
xəritəsidir.
Fürsətdən istifadə edərək Rumıniya ilə Azərbaycan Respublikası
arasında enerji əməkdaşlığını, xüsusilə də Avropa İttifaqının
enerji təhlükəsizliyi
üçün strateji
əhəmiyyət daşıyan
"Nabucco" və
AGRİ regional layihələrini dəstəkləməyinizi alqışlayıram.
Sizin Buxarestə növbəti səfəriniz zamanı baş tutacaq görüşümüzə ümidvar olaraq, hörmətli cənab Prezident, mənim ən böyük ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Trayan BESESKU,
Rumıniyanın Prezidenti
Azərbaycan.- 2011.- 4 iyun.- S. 1.