Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının
milli bayramı 28 May -
Respublika Günü münasibətilə Sizə
ən səmimi təbriklərimi çatdırır,
ölkənizə tərəqqi
və sülh arzu edirəm.
Latviya ilə Azərbaycan arasında həqiqi dostluq, eyni zamanda,
konstruktiv əlaqələrin
mövcudluğunu qeyd
etmək olduqca xoşdur. Əmin olduğumu bildirirəm
ki, hazırda çox sıx olan əməkdaşlığımızın
bundan sonrakı inkişafı ölkələrimizin
uzunmüddətli maraqlarına
xidmət edəcək
və yaxın illərdə də buna şərait yaradacağıq.
Zati-aliləri, icazə verin, Azərbaycan xalqına ən xoş arzularla əmin-amanlıq diləyim, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim.
Hörmətlə Sizin,
Valdis ZATLERS,
Latviya Respublikasının
Prezidenti
Azərbaycan.- 2011.- 4 iyun.- S. 1.