Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bizim dövlətin adından şəxsən öz adımdan Sizə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Fərəhlə qeyd edirik ki, son illərdə Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf siyasi sabitliyin qorunub saxlanması işində böyük uğurlar qazanmışdır.

Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq əməkdaşlıq münasibətlərinin yenidən inkişaf etməsindən məmnunam. Əminəm ki, iki ölkənin ali rəhbərliyinin ciddi diqqəti, nazirlik idarələrin fəal əlaqələndirmə işi sayəsində Vyetnam ilə Azərbaycan arasında əməkdaşlıq hər iki xalqın mənafeyi naminə bundan sonra da inkişaf edəcək, regionda bütün dünyada sülhün, sabitliyin əməkdaşlığın qorunub saxlanmasına kömək edəcəkdir.

Qardaş Azərbaycan Respublikasının bu təntənəli bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik firavanlıq diləyirəm.

Sizə, cənab Prezident, möhkəm cansağlığı, xoşbəxtlik ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm.

 

 

Nquen MİN ÇİYET,

Vyetnam Sosialist

Respublikasının Prezidenti

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 1.