Regional və beynəlxalq
prosesləri müzakirə
etmişlər
ABŞ-da
işgüzar səfərdə
olan Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
iyunun 2-də Vaşinqtonda
Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzinin Məşvərət
Şurasının üzvü,
ABŞ Prezidentinin milli
təhlükəsizlik üzrə
sabiq müşaviri Zbiqnev Bjezinski ilə görüşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını
həmsöhbətinə çatdıran
E.Məmmədyarov ölkəmizin
daxili və xarici siyasəti, iqtisadi sahədə əldə edilmiş son nailiyyətlər barədə
ətraflı məlumat
vermişdir.
Z.Bjezinski Azərbaycan ilə bağlı xoş xatirələrini bölüşmüşdür. Görüşdə
həmçinin regional və
beynəlxalq proseslər
haqqında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 4 iyun.- S. 5.