Nüfuzlu "Ouest France" qəzetində
"Fransanın Leql şəhəri Azərbaycan
ilə qardaşlaşır"
sərlövhəli məqalə
dərc olunmuşdur
Fransanın Normandiya bölgəsində nəşr olunan gündəlik "Ouest France" qəzetinin 2 iyun tarixli nömrəsində "Fransanın Leql şəhəri Azərbaycan ilə qardaşlaşır" sərlövhəli məqalə dərc edilmişdir.
Yazıda qeyd olunur ki, Fransanın Orn departamentinin paytaxtı Leql ilə Azərbaycanın Naftalan şəhərinin qardaşlaşması münasibətilə imzalanma mərasimi keçirilmişdir. Rəsmi sənədi Leql şəhəri bələdiyyə idarəsinin rəhbəri Tierri Prino və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov imzalamışlar. İmzalama mərasimində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.
Səfir qəzetin müxbirinə verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycan Normandiyanın heyvandarlıq, müasir texnologiya sahələrinə xüsusi maraq göstərir. Əlbəttə, Azərbaycan təkcə neft və qaza əsaslanan iqtisadiyyatla kifayətlənmək fikrində deyildir. Bu baxımdan Normandiya bizim üçün maraqlı tərəfdaşdır.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2011.- 4 iyun.- S. 5.