Kollegiya iclası
keçirilmişdir
Səhiyyə Nazirliyində əhalinin keyfiyyətli tibbi xidmətlə təminatı və kadr potensialının formalaşdırılması istiqamətində səhiyyə sistemində rezidenturaya qəbul məsələlərinə dair geniş kollegiya iclası keçirilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə açan nazir Oqtay Şirəliyev tibb təhsilindəki yeniliklər, o cümlədən rezidenturaya keçid mərhələsi barədə məlumat vermişdir.
Nazirlik Aparatının rəhbəri Zəkiyyə Mustafayeva rezidentura təhsilinin təşkili və bu sahədə görülmüş nəzəri işlər barədə danışmışdır.
Azərbaycan Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanov rezidenturaya keçid mərhələsinin getdikcə daha da təkmilləşəcəyini demiş və yeni işıq üzü görən elmi nəşrlərdən bəhs etmişdir.
Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.