Hərbi əlaqələrin
perspektivləri barədə
fikir mübadiləsi aparılmışdır
İyunun 3-də Azərbaycanın
müdafiə naziri general-polkovnik Səfər
Əbiyev Ukraynanın
ölkəmizə yeni
təyin olunmuş səfiri Aleksandr Mişenko ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, nazir Səfər Əbiyev yeni təyinatına görə səfiri təbrik etmişdir.
Görüşdə Ukrayna
ilə Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri
barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.