Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi göndərirəm.
Bu fürsətdən istifadə edərək cənabınıza iki ölkə arasındakı əlaqələrin İraq və Azərbaycan xalqlarının rifahı naminə daha da genişlənməsinə və inkişafına İraq Respublikasının rəğbətlə yanaşdığını bir daha bildirirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
Cəlal Tələbani,
İraq Respublikasının
Prezidenti
Azərbaycan.- 2011.- 5 iyun.- S. 1.