ABŞ Konqresinin Azərbaycan
üzrə işçi qrupuna yeni üzv qoşulmuşdur
ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı artmışdır.
Ölkəmizin ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Respublikaçılar Partiyasının üzvü, konqresmen Adam Kinzinqer Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupuna qoşulmuşdur.
Keçən il Konqresə seçilmiş A.Kinzinqer İllinoys ştatını təmsil edir. Enerji və ticarət komitələrinin üzvüdür. Konqresmen 2011-ci ilin aprelində Azərbaycana səfəri çərçivəsində respublikamızın uğurlu inkişafı və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmuşdur.
Azərbaycan.- 2011.- 5 iyun.- S. 1.