Azərbaycanın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparmışdır

 

Azərbaycan Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Birləşmiş Ştatlara işgüzar səfəri çərçivəsində iyunun 3-də ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşmüşdür.

H.Klinton Azərbaycana terrorizm ilə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmiş, ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu vurğulamışdır.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, xüsusilə enerji sahəsindəki əməkdaşlıq onun genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Bundan əlavə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 2.