Hillari Klinton: Azərbaycan ilə əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır

 

Azərbaycan ilə əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır. AzərTAc xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə birgə keçirdiyi mətbuat konfransında demişdir.

H.Klinton bildirmişdir ki, ABŞ Azərbaycan ilə ikitərəfli, regional və beynəlxalq səviyyədə səmərəli əməkdaşlıq edir. Əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik.

Dövlət katibi Dağlıq Qarabağda uzun müddət davam edən münaqişəyə son qoyulması üçün ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətini davam etdirmək əzmində olduğunu da demişdir.

E.Məmmədyarov isə qeyd etmişdir ki, hazırda Azərbaycan-ABŞ əməkdaşlığı kifayət qədər yaxşı inkişaf edir, bu əlaqələr strateji əhəmiyyət daşıyır. Təbii ki, biz əməkdaşlığımızı daha da inkişaf etdirməliyik.

 

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 2.