Martin Benrott: "Azərbaycanın hava nəqliyyatı
getdikcə inkişaf edir"
Gələn il
ABŞ-ın "Boeing" korporasiyası Azərbaycanı
bir neçə yeni təyyarə ilə təchiz edəcək.
"Boeing"in Bakıda səfərdə olan vitse-prezidenti
Martin Benrott bildirib ki, Azərbaycanla "Boeing"
korporasiyası arasında 10 illik əməkdaşlıq
mövcuddur.
Şirkət iyunun 2-də Azərbaycana
"Boeing 767-300ER" sərnişin avialaynerini təhvil
verib. "Azərbaycanın hava nəqliyyatı getdikcə
inkişaf edir. Biz AZAL-a 2012-ci ildə bir neçə yeni
avialayner göndərəcəyik ki, onların
sırasında "Boeing-787", "Boeing-767",
"Boeing-737" kimi sərnişin və yük təyyarələri
olacaq. Eyni zamanda gələcəkdə Azərbaycanı
"Boeing-787 Dreamliner" təyyarəsi ilə də təchiz
edəcəyik" - deyə M.Benrott qeyd edib.
Xatırladaq ki, AZAL ilə
"Boeing" şirkəti arasında müqavilə
imzalanıb və sənədə əsasən, AZAL
aldığı 2 "Boeing 737 Next-Generation" təyyarəsini
1 "Boeing 767-300ER" və 2 "Boeing-767" (yük təyyarəsi)
avialaynerlərinə dəyişəcək. Ümumiyyətlə,
AZAL "Boeing"dən müqavilə əsasında dəyişdirilənlər
də daxil olmaqla 8 təyyarə alacaq. Bunlardan 2-si
"Boeing-767-300ER", 2-si "Boeing-767" yük təyyarəsi,
2-si "Boeing-737" və 2-si "Boeing-787-8" avialaynerləridir
Azərbaycan.- 2011.- 5 iyun.- S.
3.