"Təbəssüm" beynəlxalq festivalda mükafatlanıb

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının "Təbəssüm" rəqs qrupunun növbəti səfəri uğurlu alınıb. Kiyevdə "Paytaxt günləri" çərçivəsində mayın 25-dən 30-dək keçirilən "Günəşli şabalıd" II Beynəlxalq xeyriyyə festivalının qalibləri arasında "Təbəssüm" də olub.

Beş ölkənin musiqiçilərinin qatıldığı festivalda balaca rəqqaslarımızın ifasında Azərbaycan milli rəqsləri alqışlarla qarşılanıb. Festivalı uğurla başa vuran "Təbəssüm"ün rəqqas uşaqları Ukrayna Mədəniyyət Nazirliyi, Xoreoqrafiya Birliyi və Kiyev şəhər merinin xüsusi diplomları ilə təltif ediliblər.

 

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 5.