Norveç Vəliəhdi
Hookon Şəhidlər
xiyabanını ziyarət
etmişdir
İyunun 6-da ölkəmizdə rəsmi səfərdə olan Norveç Vəliəhdi Hookon Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir.
Norveç Vəliəhdi Hookon "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur. Sonra ali qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.
Norveç Vəliəhdi Hookona paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 7 iyun.- S. 3.