Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

XVIII Beynəlxalq Xəzər neft, qaz sərgisi konfransının açılışı münasibətilə zati-aliləri Prezident İlham Əliyevi Azərbaycan xalqını Ülyahəzrət Kraliça hökuməti adından təbrik etmək istərdim.

Son bir neçə il ərzində qlobal iqtisadi sistemdə görünməmiş çətinliklər yaşandı. Belə bir vaxtda, xarici sərmayələri cəlb etmək saxlamaqda layihələr dövlətlərin bacarığı həmişəkindən daha çox əhəmiyyətlidir.

Bu sərgidəki stendlərin sayını Bakının genişlənən inkişaf üfüqlərini müşahidə edəcək bütün konfrans iştirakçıları Azərbaycanın bu işdə uğurlar əldə edən ölkələrdən biri olduğunu görəcəklər.

Azərbaycanda böyük sərmayələr qoymuş ölkənizin dostu kimi tanınan Birləşmiş Krallıq həmin tərəfdaşlığın inkişaf etdirilməsinə dərinləşməsinə sadiq qalır.

Builki Xəzər neft, qaz sərgisinin bütün iştirakçılarına uğurlu həftə arzulayıram.

Hörmətlə,

 

 

Devid KAMERON,

Böyük Britaniya Şimali İrlandiya

Birləşmiş Krallığının Baş naziri

 

Azərbaycan.- 2011.- 8 iyun.- S. 1.