R.M.Fətəliyevə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycan
kino sənətinin inkişafındakı xidmətlərinə
görə Ramiz Məmməd oğlu Fətəliyevə Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdü
verilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyun 2011-ci il
Azərbaycan.- 2011.- 8 iyun.- S. 3.