Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2010-cu il mayın 13-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1072-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti Serbiya Respublikası Hökuməti arasında ticarət iqtisadi əməkdaşlıq haqqında" Sazişin icrasını ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Şahin Mustafayev - Azərbaycan

Respublikasının iqtisadi inkişaf naziri

 

Komissiyanın üzvləri:

 

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye energetika nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin birinci müavini

Aslan Aslanov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Eldar Həsənov - Azərbaycan Respublikasının Rumıniyada və eyni zamanda Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Serbiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 8 iyun.- S. 3.