Norveç Azərbaycanla enerji sahəsində
əməkdaşlıqda maraqlıdır
İyunun 7-də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində nazir Natiq Əliyev Norveç Krallığının neft və energetika naziri Ola Borten Moenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Natiq Əliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin yüksək sürətlə inkişaf etdiyini bildirmişdir. Nazir ilk növbədə iqtisadiyyat və energetika sahəsindəki əlaqələri diqqətə çatdırmış, bu sahədə "Statoyl" şirkətinin Azərbaycanda fəaliyyətini yüksək dəyərləndirmişdir.
Ola Borten Moe Azərbaycan ilə Norveç arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmış, ölkəsinin ikitərəfli əlaqələrin genişlənməsində, birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu söyləmişdir.
Sonda nazirliklər arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Azərbaycan.- 2011.- 8 iyun.- S. 4.