Misirin "Əl-Xəyal"
jurnalında Azərbaycanın
milli xalçaçılıq
sənətinə həsr
olunmuş məqalə
dərc edilmişdir
YUNESKO-nun Dünya mədəni irsi siyahısına salınmış Azərbaycan
xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə
təbliği məqsədilə
Misir Ərəb Respublikasının (MƏR) Mədəniyyət
Nazirliyi və Qahirə Opera Evinin mətbu orqanı olan "Əl-Xəyal" jurnalının may-iyun ayları üzrə nömrəsində
ölkəmizin MƏR-dəki
səfiri Ş.Abdullayevin
milli xalçalarımıza
həsr olunmuş
"Azərbaycan gözəllik,
incəsənət və
zərif ilmələrin
paytaxtıdır" başlıqlı
məqaləsi dərc
edilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər
ki, xalçalarımızda
xalqımızın zəngin
daxili aləmi, dünyagörüşü və
gözəllik duyumunun
əks olunduğu məqalədə Azərbaycan
xalçaçılıq sənətinin yaranmasının
tunc dövrünə
təsadüf etdiyi qeyd olunaraq, müxtəlif arxeoloji tapıntılar əsasında artıq eramızdan əvvəl II
əsrdə Azərbaycan
ərazisində xalçadan
müxtəlif növ
məmulatların hazırlandığı
oxucuların diqqətinə
çatdırılır.
Məqalədə tarixi mənbələrə və
Avropa səyyahlarının
təsvirlərinə əsasən
Azərbaycanın orta
əsrlərdə gözəl
xalçalar istehsal edən mərkəzlərdən
biri kimi tanındığı qeyd
olunur. Təbii şəraitin rəngarəngliyi,
müxtəlif tarixi, sosial və iqtisadi amillərin Azərbaycan xalçasının
çeşidliliyinə şərait
yaratdığı vurğulanır.
Azərbaycanın rəngarəng təbiətinin
bütün gözəlliyini
əks etdirən xalçalarımızın boyalarının
tükənməz zənginliyi,
naxışlarının təkrarolunmaz
zərifliyi, yaradıcılıq
təxəyyülünün gücü və yüksək sənətkarlığı
ilə fərqləndiyi qeyd olunan yazıda ölkəmizin hər bir regionunun özünəməxsus xalçaları
və xalçaçılıq
məmulatları ilə
şöhrət qazandığı
diqqətə çatdırılır.
Quba, Şirvan, Bakı, Gəncə, Təbriz, Qarabağ, Naxçıvan və Qazax xalçaçılıq
məktəbləri və
bu məktəblərin
xarakterik xalçaçılıq
xüsusiyyətləri haqqında
misirli oxuculara ətraflı məlumat verilir.
Məqalədə Azərbaycan
xalça nümunələrini
əks etdirən rəngbərəng şəkillər
də öz əksini tapmışdır.
Azərbaycan.- 2011.-8 iyun.- S. 7.