FİFA-nın AFFA-nın rəhbərləri İçərişəhərdə olmuşlar

 

Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlmiş FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın rəhbəri Rövnəq Abdullayev Bakı şəhərinin tarixi mərkəzi ilə tanış olmuşlar.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, tanışlıq Bakının, eləcə Azərbaycanın ən möhtəşəm sirli memarlıq abidəsi olan Qız qalası ilə başlamışdır. Yozef Blatterə abidənin tarixi burada yenicə başlamış bərpa muzey konservasiyası işləri barədə məlumat verilmişdir.

Yozef Blatter Almaniya-Azərbaycan matçında öz komandalarını dəstəkləməyə gəlmiş alman yerli futbol azarkeşləri ilə xatirə şəkli çəkdirmişdir.

Daha sonra FİFA prezidenti A.Zeynallı küçəsində yerləşən, XV əsrdə tikilmiş Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəy onun varislərinin istifadəsinə verilmiş İkimərtəbəli karvansara barədə məlumatlandırılmışdır. Qeyd edilmişdir ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, zəngin tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.

FİFA-nın prezidenti İçərişəhərin ən qədim məscidlərindən olan, 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidi yaxınlıqdakı Cümə məscidi ilə tanış olmuşdur.

Sonda Yozef Blatter ötən il bərpa edilmiş Kiçik karvansara abidəsində yerləşən təsviri dekorativ-tətbiqi incəsənət mərkəzi - İncəsənət bağında olmuş, burada ona nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim edilmişdir.

Azərbaycan.- 2011.- 8 iyun.- S. 8.