Rəsmi qarşılanma mərasimi

 

Serbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Serbiya" Palatasının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Prezidenti Boris Tadiç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın Serbiyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiyanın dövlət hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Boris Tadiçə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 1.