Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin təkbətək
görüşü
İyunun 8-də rəsmi qarşılanma mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti
Boris Tadiçin təkbətək görüşü
olmuşdur.
Görüşdə Azərbaycan ilə
Serbiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə
əlaqələrin uğurla
inkişaf etdiyi qeyd olundu, yüksək
səviyyəli qarşılıqlı
səfərlərin münasibətlərimizin
dərinləşməsi baxımından
əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli,
regional və beynəlxalq məsələlərlə
bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.-9 iyun.- S. 1.