Azərbaycan-Serbiya sənədləri
imzalanmışdır
Prezident İlham
Əliyevin və Prezident Boris Tadiçin nümayəndə
heyətlərinin iştirakı ilə geniş
tərkibdə danışıqları başa
çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin
imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası
hökuməti və Serbiya Respublikası hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq
haqqında Saziş"i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzaladılar.
"Azərbaycan Respublikası
hökuməti və Serbiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq
və qarşılıqlı
yardım haqqında Saziş"i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç
imzaladılar.
"Azərbaycan Respublikası
hökuməti və Serbiya Respublikası hökuməti arasında sərmayələrin təşviqi
və qarşılıqlı
qorunması haqqında
Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı
naziri Neboyşa Çiriç imzaladılar.
"Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil
və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın təhsil və elm naziri Jarko
Obradoviç imzaladılar.
"Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər
və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində
əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın gənclər və idman naziri xanım Snejana Samarjiç-Markoviç imzaladılar.
"Azərbaycan Respublikası
hökuməti və Serbiya Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlığa dair Saziş"i Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov və Serbiyanın ətraf mühit, mədən sənayesi və ərazi planlaşdırması naziri Oliver Duliç imzaladılar.
"Azərbaycan Respublikası
hökuməti və Serbiya Respublikası hökuməti arasında mədəniyyət sahəsində
əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın mədəniyyət, mətbuat
və informasiya cəmiyyəti naziri Predraq Markoviç imzaladılar.
"Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi və Serbiya Respublikasının
Kənd Təsərrüfatı,
Ticarət, Meşəçilik
və Su Təsərrüfatı Nazirliyi
arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın kənd təsərrüfatı, ticarət,
meşəçilik və
su təsərrüfatı
naziri Duşan Petroviç imzaladılar.
"Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat
və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı
naziri Neboyşa Çiriç imzaladılar.
"Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur
və Energetika Nazirliyi arasında nəqliyyat sahəsində
əməkdaşlıq haqqında
Memorandum"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın infrastruktur və energetika naziri Milutin Mrkoniç imzaladılar.
"Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur
və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Serbiyanın infrastruktur və energetika naziri Milutin Mrkoniç imzaladılar.
"Azərbaycan Respublikasının
Mülki Aviasiya Administrasiyası və Serbiya Respublikasının
Mülki Aviasiya Direktorluğu arasında Anlaşma Memorandumu"nu "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və Serbiyanın mülki aviasiya direktoru Neboyşa Starçeviç imzaladılar.
AzərTAc
Azərbaycan.- 2011.-9 iyun.- S. 2.