Azərbaycan nümayəndə heyəti jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfransın işində iştirak edir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizin bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri Vilnüsdə keçirilən, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edirlər.

Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis jurnalistlərin daha yaxşı müdafiə edilməsinin təmin olunması üsullarının axtarışına həsr edilmiş forumun açılışında demişdir ki, ATƏT-in iştirakçıları olan bütün dövlətlər jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə öz öhdəliklərini yerinə yetirmək üçün tədbirlər görməlidirlər.

ATƏT-in sələfi olmuş Avropada Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsinin təsis sənədi - 1975-ci il Helsinki Yekun Aktında jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliklər təsbit olunmuşdur. Ötən illər ərzində bu öhdəliklər dəfələrlə təsdiqlənmişdir. O cümlədən, ATƏT-in 2010-cu ildə Astanada keçirilmiş sammitində ATƏT-in iştirakçıları olan 56 dövlətin qəbul etdiyi bəyannamədə göstərilirdi ki, onlar "vətəndaş cəmiyyətinin azad KİV-in insan hüquqlarına, əsas azadlıqlara, demokratiyaya, o cümlədən azad ədalətli seçkilərə hüququn aliliyinə hörmət olunmasını tam həcmdə təmin etməkdə bizə kömək edərək mühüm rol oynamasını qiymətləndirirlər".

Bununla belə, jurnalistlər hələ təhlükələrlə üzləşirlər. "Demək olar ki, hər il ATƏT regionunda jurnalistlər həlak olur ya itkin düşürlər. Onlarca jurnalistin demokratiyanın təntənəsi azadlığın qorunub saxlanması üçün həyati əhəmiyyətli informasiya təqdim etmələrinə mane olmaq məqsədi ilə onlara hücumlar edilir", - deyən A.Ajubalis daha sonra əlavə etmişdir ki, jurnalistlərin təqiblərinə qanuni yolla mane olmaq üçün dövlət hakimiyyətindən istifadə edilə bilər.

Litva ATƏT-in sədri kimi bu konfransı ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəsi, ATƏT-in bundan əvvəlki gələcək sədrləri - Qazaxıstan İrlandiya, habelə Ukrayna nümayəndələri ilə birgə təşkil etmişdir.

ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç bildirmişdir ki, qətllər jurnalistlərin işinə mane olmağın yeganə üsulu deyildir, hərçənd, son 5 ildə ATƏT regionunda 30-dan çox jurnalist öldürülmüşdür.

O demişdir: "Çoxları öz fikrini ifadə etmək azadlığını şübhə altına alır bu barədə mübahisə edirlər. İndiki dövrdə jurnalistlərin təhlükəsizliyi əvvəllər olduğundan daha aktual mövzudur, çünki son bir neçə ildə bütün dünyada, o cümlədən ATƏT-in iştirakçıları olan 56 dövlətdə qətlə yetirilmiş, hücumlara hədə-qorxuya məruz qalmış jurnalistlərin sayı dözülməz dərəcədə çox olmuşdur".

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.- 2011.- 9 iyun.- S.6.