Oğuzda "Heydər Əliyev -
mənəviyyat, mənəvi dəyərlər, mənəvi
tərbiyə" kitabının təqdimat mərasimi
olmuşdur
Oğuz şəhərində "Heydər Əliyev - mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabının təqdimat mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, nəşrdə ulu öndər Heydər Əliyevin müxtəlif tədbirlərdə mənəvi dəyərlərin və milli əxlaq normalarının qorunub saxlanması, nəsildən-nəslə çatdırılması ilə bağlı söylədiyi fikirlər toplanmışdır.
Təqdimat mərasimində kitabın ideya müəllifi və elmi redaktoru, Milli Məclisin deputatı professor Aqiyə Naxçıvanlı xalqımızın zamanın sınağından çıxmış mənəvi və əxlaqi dəyərlərə sahib olduğunu vurğulamışdır. Professor bu dəyərlər arasında dahi şəxsiyyət Heydər Əliyevin fikir və düşüncələrinin gələcək nəsillər üçün bir mayak olduğunu diqqətə çatdırmışdır.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Flora Qasımova, YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov və başqaları bildirmişlər ki, kitabda gənclərdə ləyaqət, qürur, vətənpərvərlik hissinin aşılanması, onlarda sosial və tarixi məsuliyyət hissinin inkişaf etdirilməsi məsələlərinə toxunulmuşdur. Vurğulanmışdır ki, kitab mənəvi dəyərin qorunub gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malikdir. Nəşrlə tanış olan oxucu ulu öndər Heydər Əliyevin fikirlərindən, kəlamlarından bəhrələnə biləcək, dahi şəxsiyyətin milli mənəvi dəyərin qorunmasında necə mübarizə apardığının bir daha şahidi olacaqdır.
Azərbaycan.- 2011.- 9 iyun.- S. 6.