Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlıqda maraqlıdır

 

Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun (QİÖF) baş katibi Leonid Boxanovski ilə görüşmüşdür.

Görüşdə tərəflər qaz bazarının problemlərini müzakirə etmiş və 2011-ci ilin noyabr ayında Qətərin paytaxtı Doha şəhərində keçiriləcək QİÖF-in birinci qaz sammiti və forumu ilə bağlı məsələlərə toxunmuşlar.

Baş katib bildirmişdir ki, sammitin əsas məqsədi qaz ixrac edən ölkələrin birliyini nümayiş etdirmək, qaz nəqlinin sabitliyini tənzimləmək və bu sahəyə investisiyalar cəlb etməkdir.

Nazir Natiq Əliyev qurumla əməkdaşlıqda maraqlı olduqlarını və Azərbaycanın gələcəkdə bu təşkilata mərhələlərlə ilk vaxtlar müşahidəçi qismində daxil ola biləcəyini diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 7.