Almaniyanın The
Almaniyanın The European Circle
internet jurnalı Azərbaycan haqqında, xüsusilə də
Azərbaycanda yaşayan almanların tarixi ilə bağlı
iki hissəli reportaj yayımlamışdır.
“Alman irsinə malik olan ölkə”
adlanan birinci hissədə Rusiya imperiyası dövründə
alman ailələrinin
Azərbaycana gəlməsi,
burada məskunlaşması
və onların təsərrüfat fəaliyyətindən
söhbət açılır.
Qeyd olunur ki, Azərbaycana almanlar 1819-cu ildə çar I Nikolayın icazəsi ilə gəlmişlər. Onlar məskunlaşdıqları
Helenendorf (indiki Göygöl, V.S) koloniyasında
əsasən meyvəçilik
və şərabçılıq
fəaliyyəti ilə
məşğul olsalar
da, almanların həmin ərazidə yaşadıqları 1819-1941-ci illər
ərzində sənətkarlığın
müxtəlif sahələri,
teatr və musiqi də inkişaf etmişdir.
Almaniyanın Vürtemberq
əyalətindən gəlmiş
almanlar öz adət-ənənələrinə, dini əqidələrinə
və mentalitetlərinə
sadiq qalmış, öz mətbəxlərini,
yaşayış tərzlərini,
hətta “Şvab” dialektlərini də qoruyub saxlaya bilmişdilər. Helenendorfda
məktəb (Realschule)
və 1857-ci ildə Müqəddəs İohann
kilsəsi tikilmişdir.
Amma Helenendorf bütün imperiya ərazisində öz şərabına görə
məşhurlaşmışdı. 1915-ci
ildə Rusiya bazarında 12 milyon ton Helenendorf şərabı satılmışdı.
İkinci məqalə isə “Çoxlu enerjisi olan ölkə
adlanır”. Burada söhbət Azərbaycanda
yaşayan almanların
sovetləşmədən sonrakı
həyatından, alman
irsinin taleyindən gedir. Bildirilir ki, Azərbaycan Sovet dövlətinin tərkibinə daxil edildikdən sonra Helenendorfdakı kiçik
sənaye müəssisələri
dövlət tərəfindən
müsadirə olunmuşdur.
Şərabçılıqla məşğul olan ailələr “kapitalist” elan edilir və
təqib olunurdular. Kənddə “Ernst Telman Kolxozu” yaradılmışdır. Kollektivləşmənin
başlanması ilə
Helenendorfda şərabçılıq
və sənətkarlıq
sahələri tədricən
əvvəlki əhəmiyyətini
itirməyə və süquta uğramağa başlamışdır. Sovet dövləti
kəndin həm də mədəni həyatını dəyişdirmişdir.
1928-ci ildə azərbaycanlı
inqilabçının şərəfinə
“Xanlar” adlandırılan
kənddə çoxlu
sayda erməni, aysor və rus
ailələri yerləşdirilmiş,
kənd məktəbi
alman dilindən rus dilində təhsilə keçmiş, Müqəddəs İohann kilsəsi idman zalı edilmişdir.
Məqalədə qeyd olunur ki, 1941-ci ildə Helenendorfda 3500, bütün Azərbaycanda
isə 23000 alman yaşayırdı. Amma Stalinin əmri ilə onların böyük əksəriyyəti
müharibə başlayandan
sonra Qazaxıstana sürgün olundular. Daha sonra, 1991-ci ildə müstəqilliyini
bərpa etmiş Azərbaycanın Helenendorfdakı
alman irsinin dirçəldilməsi istiqamətində
gördüyü işlərdən
xəbər verilir. Memar Fikrət İsmayılovun rəhbərliyi
ilə alman kilsəsinin təmir olunaraq muzeyə çevrildiyi xüsusi vurğulanır. Bildirilir ki, F.İsmayılov təkcə kilsənin deyil, həm də digər alman mədəni abidələrin qorunması
və bərpası ilə məşğul olur.
Məqalədə vurğulanır
ki, Prezident İlham Əliyev alman irsinin qorunub-saxlanılması,
bərpası ilə şəxsən maraqlanır
və müvafiq göstərişlər verir.
Azərbaycan-Almaniya əlaqələrindən danışarkən AFR-in sabiq xarici işlər
naziri Yoşka Fişerin Azərbaycan qazını 2015-ci ildən
etibarən Avropaya daşıyacaq Nabukko layihəsində siyasi məsləhətçi kimi
çalışdığı, Berti Foqtsun Azərbaycan
futbol millisinin baş məşqçisi
olduğu və Gəncə Universitetində alman dili
tədrisinin mövcudluğu
da qeyd olunur.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2011.- 9 iyun.- S. 8.