Parisdə Fransa ilə Azərbaycan arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

İyunun 7-də Parisdə Azərbaycan Respublikasının rabitə informasiya texnologiyaları naziri Əli Abbasovla Fransa Respublikasının energetika, sənaye rəqəmli iqtisadiyyat naziri Erik Besson arasında görüş keçirilmişdir. Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyovun iştirak etdiyi görüşdə informasiya-kommunikasiya texnologiyaları (İKT), o cümlədən telekommunikasiya peyki, rəqəmli televiziya innovasiya sahələrində Azərbaycanla Fransa arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Görüşdə Erik Besson Azərbaycanın İKT sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirmiş Əli Abbasovun bu sahədə hərtərəfli məlumata malik peşəkar mütəxəssis olduğunu vurğulamışdır.

Elə həmin gün Əli Abbasov, Erik Besson Elçin Əmirbəyovun iştirakı ilə İKT sahəsi üzrə birinci Fransa-Azərbaycan biznes forumu keçirilmişdir. Forumda hər iki tərəfdən 20-dən artıq təşkilatın, o cümlədən "Azərkosmos", "Azqtel", B&B TV Communication", "Sinam", "ULTRA Compyuter", "Future Studies Azerbaijan Society", "Arianespace", "Thomson Video Networks", "Thomson Broadcast", "Thales", "Viaccess", "KBS Group", "EUTELSAT", "INA" s. şirkətlərin rəhbərləri iştirak etmiş bir sıra əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılmışdır.

Forum çərçivəsində Əli Abbasov Fransanın "Arianespace" şirkətinin rəhbəri ilə görüşmüş "Echanges İnternationaux" ("Beynəlxalq mübadilə") jurnalına müsahibə vermişdir.

Forumun keçirildiyi Nazirlər Evinin qarşısında Azərbaycanın Fransanın bayraqları dalğalanmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 9.