Pakistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatmışdır

 

Nazir Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmid ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşmüşdür.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ə.Həmid ölkəmizdə Pakistanın səfiri olmasından məmnunluğunu vurğulamışdır. İşlədiyi dövrdə ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi inkişafı üçün fəaliyyət göstərdiyini deyən diplomat bu istiqamətdə Azərbaycanın xarici siyasət idarəsi ilə faydalı əməkdaşlığını qeyd etmişdir.

E.Məmmədyarov Ə.Həmidə gələcək işlərində müvəffəqiyyətlər diləmişdir.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 9.