Azərbaycan Tunelçilər Birliyi Beynəlxalq Tunel Assosiasiyasına tamhüquqlu üzv qəbul edilmişdir

 

Azərbaycan Tunelçilər Birliyi (ATB) Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən Beynəlxalq Tunel Assosiasiyasının Baş Assambleyasında (İTA) qurumun tamhüquqlu üzvü kimi təsdiq edilmişdir.

AzərTAc xəbər verir ki, beynəlxalq sertifikatı "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin Azərbaycan Tunelçilər Birliyinin sədri Şaiq Əfəndiyevə təqdim edən İTA-nın prezidenti İn Mo Li Birliyin quruma üzv olmasını dəstəklədiyini bildirmiş ölkəmizlə gələcəkdə işbirliyindən məmnun olacağını diqqətə çatdırmışdır.

Şaiq Əfəndiyev demişdir ki, Azərbaycan Tunelçilər Birliyi ictimai təşkilat kimi 1992-ci ildə yaradılmışdır. Birlik tunellərin metropolitenin axtarışı, layihələşdirilməsi, tikintisi istismara verilməsi, ekoloji tələbləri nəzərə almaqla şəhərlərin yeraltı sahələrindən səmərəli istifadə olunması ilə bağlı texniki məsələlərin işlənib hazırlanması işlərini yerinə yetirir.

Tunelləri tikən istismar edən təşkilatların işinin mütərəqqi formalarının kompleks şəkildə öyrənilməsi, həmin işin yaxşılaşdırılması üzrə yeni müddəaların işlənib hazırlanmasına yardım edən ATB müntəzəm surətdə elmi-təcrübəvi konfransların, mütəxəssislərin görüşlərinin digər tədbirlərin keçirilməsində xüsusi rol oynayır.

ATB xaricdə MDB məkanında fəaliyyət göstərən təşkilatlarla da sıx əməkdaşlıq edir.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 10.