Moskvada Rusiyanın azərbaycanlı gənclərinin "AMOR" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

 

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) "AMOR" jurnalının qurumun iyunun 4-5-də Sankt-Peterburqda keçirilən üçüncü konfransına həsr olunmuş növbəti nömrəsi çapdan çıxmışdır.

"AMOR" jurnalının baş redaktoru, eyniadlı qurumun sədri Leyla Əliyeva redaktor sütununda yazır: "RAGT-ın hər il mayda keçirilən konfransı münasibətilə yeni jurnal buraxmaq bizim üçün artıq ənənəyə çevrilir qoy bütün təşəbbüslərimizin uğurla nəticələnməsi xoş ənənəyə çevrilsin". Jurnalın bu nömrəsində gənclərin ayrı-ayrı nailiyyətləri barədə məlumat əldə etmək olar. Burada istedadlı, parlaq, öz peşəsinin vurğunu olan insanlar - fəxr etdiyimiz nümunə götürdüyümüz azərbaycanlılar haqqında xeyli oçerk yer almışdır. Baş redaktor yazır: "Gənclərin maraq dairəsi çox genişdir: təhsil, ünsiyyət, musiqi, teatr, kino, səyahət texnologiyalar. Biz həyatın müxtəlif tərəflərinin hələ tədqiq edilməmiş, lakin cəlbedici təzahürlərini axtarıb tapmağa çalışdıq".

Jurnalın yeni nömrəsi "Azərbaycanın gələcəyi gənclərin əlindədir" məqaləsi ilə açılır. Məqalədə mart ayında Strasburqda keçirilmiş Xaricdə Təhsil Almış Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) məqsəd vəzifələrindən söz açılır. Məqalə müəllifi qeyd edir ki, bu forumu mühüm tarixi hadisə adlandırmaq olar, çünki o, gənclər hərəkatının prioritetlərini, təhsildən sonra vətənə qayıdacaq gələcək mütəxəssislərin həyat perspektivlərini müəyyənləşdirmək məqsədi daşıyır.

Jurnalın əsas mövzularından biri, heç şübhəsiz, Azərbaycanın Eldar Nigar duetinin parlaq qələbəsi, habelə növbəti "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi olmuşdur. Jurnalın baş redaktoru, RAGT-ın sədri Leyla Əliyeva öz redaktor sütununda Azərbaycanı bu qələbə münasibətilə təbrik edərək yazır: "Eldar Nigar dueti çox gözəl idi. Gözlənilməyən, lakin heç şübhəsiz, layiqli qələbədir. Azərbaycan bu müsabiqədə 2008-ci ildən çıxış etməyə başlamışdır, biz bu mötəbər tədbirin Bakıda keçirilməsinə çox tez nail ola bildik. Əminəm ki, gələn il dünyaya çox gözəl şou göstərəcəyik. Bu şounu uzun müddət xatırlayacaqlar. Qələbəmizin doğurduğu emosiya həyəcanı sözlə ifadə etmək mümkün deyildir. Hər birimizin ürəyi Azərbaycana, gənclərimizə görə qürur hissi ilə aşıb-daşır. Bu, ölkəmiz, mədəniyyətimiz, adətlərimiz tariximizdən danışmaq üçün gözəl fürsətdir. Biz bu qələbəni birlikdə qazanmışıq".

Jurnalın bu nömrəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində RAGT-ın fəaliyyəti barədə material yerləşdirilmişdir. RAGT Azərbaycan xalqının tarixinin bu qanlı səhifəsi barədə həqiqətləri çatdırmaq üçün bütün qitələrdə aksiyalar təşkil edir.

Jurnalın bu nömrəsində böyük siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında xatirələr, Londonun City Universitetinin tələbələrinin Böyük Britaniyada Azərbaycan diasporunun mütəşəkkilliyini möhkəmləndirmək istiqamətində fəaliyyəti, Yekaterinburqda RAGT-ın uğurları, Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan dilini öyrənən bir qrup tələbəsinin Bakıya səfəri barədə maraqlı məqalələr, mədəniyyət turizm naziri Əbülfəs Qarayevin müsahibəsi bir çox digər illüstrasiyalı materiallar yer almışdır.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-9 iyun.- S. 12.