Azərbaycan Prezidenti İlham Əliyevin
Serbiya Milli Assambleyasının sədri Slavitsa
Djukiç-Deyanoviç ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür.
Görüşdə qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Bildirildi ki, səfər çərçivəsində imzalanan sənədlər siyasi və iqtisadi sahədə əlaqələrin güclənməsinə xidmət edir və ölkələrimiz beynəlxalq səviyyədə bir-birinin mövqelərini müdafiə edirlər.
Görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə yönəldiyi və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu bildirildi. Qeyd olundu ki, ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə dinamik inkişaf edir. Bu da ölkələrimizin əməkdaşlığını daha da gücləndirir.
AzərTAc
Azərbaycan.- 2011.-10 iyun.- S. 1