Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
21 iyun tarixli 420 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət
Qulluqçuları Reyestrinin
aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əlavələr
edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci
il 1 fevral tarixli 56-IVQD nömrəli Qanununa uyğun olaraq qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹6, maddə 497; 2009-cu il, ¹6, maddə 419)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Qulluqçuları Reyestrinin aparılması
Qaydaları”na aşağıdakı məzmunda 14-1-ci bənd
əlavə edilsin:
“14-1. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında bu Qaydaların 9-cu bəndində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət orqanları tərəfindən Dövlət Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsi qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyun 2011-ci il.
Azərbaycan.- 2011.- 10 iyun.- S. 4.